Hesablama Palatası parlamentə hesabat verib - YENİLƏNİB

Hesablama Palatası parlamentə hesabat verib - YENİLƏNİB Hesablama Palatasının 2016-cı ildəki fəaliyyəti haqqında hesabat səsə qoyularaq təsdiqlənib
Maliyyə
1070
14 Aprel , 2017 13:14
Hesablama Palatası parlamentə hesabat verib - YENİLƏNİB
Report.az

İlk xəbər saat 12:34-də verilib

Bakı. 14 aprel. REPORT.AZ/ Bu gün Milli Məclisin plenar iclasında Hesablama Palatasının hesabatının müzakirəsinə başlanılıb. 

"Report"un verdiyi xəbərə görə, hesabatı Palatanın sədri Vüqar Gülməmmədov təqdim edib: "2016-cı ildə 155 qurum auditlə əhatə olunub. Nəzarət tədbirlərinin sayı əvvəlki illə müqayisdə 9,8% az olub. Auditlə əhatə olunmuş vəsaitin məbləği isə əksinə, 32,4% çox olub. Ümumilikdə, əhatə dairəsində 5,6 mlrd. manat vəsait olub. Bunun 14,5%-i yerli xərclər üzrə olub. Hesabat ilində nöqsanlar vahid yanaşma tətbiq edilməklə təsnifləşdirilib. Ümumilikdə, 825 nöqsan aşkar edilib. Nöqsanların 21%-i büdcə qanunvericiliyinin pozulması, 20,2%-i mühasibat uçotu,12,5%-i vergi qanunvericiliyinin pozulması ilə bağlı olub".

Palata sədrinin sözlərinə görə, təhlillər həm say, həm də məbləğdə, xüsusilə də əsaslı təmir və tikintidə, mühasibatlığın və uçotun aparılmasında, satınalmaların keçirilməsində nöqsanların olduğunu göstərib. Təhlillər nəticəsində 52,4 mln. manat vəsaitin təyinatının dəyişdirildiyi müəyyən edilib. Satınalmalar zamanı yol verilən nöqsanlara satın alınan məhsulun qiymətinin müəyyən edilməməsi, satınalma metodları tətbiq edilmədən və metodların dəyişdirilməsi daxildir. Vəsaitlərin səmərəsiz istifadəsi də diqqətdə saxlanıb. Hesablama Palatası hesab edir ki, bu istiqamətə 82,9 mln. manat vəsait yönəldilib".

Bununla yanaşı, dövlət büdcəsi xərclərinin proqnozlaşdırılmasında da nöqsanlar diqqətə çatdırıb. Audit olunan qurumlar tərəfindən ölkədə və kənarda keçirilən tədbirlərin smetasında iştirakçı sayının əsassız artırılması, səhmdar cəmiyyətləri tərəfindən dövlət əmlakından səmərəli istifadə olunmaması müəyyən edilib.

Əvvəlki illərdə keçirdiyi fəaliyyətin davamı olaraq və 2016-cı ildə fəaliyyətin nəticəsində 11,3 mln. manat həcmində vəsaitin bərpası təmin edilib ki, bu da əvvəlki illə müqayisədə 9,6% çoxdur.

Bundan başqa, DSMF-nin büdcəsinə də 282 min manat vəsait bərpa edilib. Həmçinin, nəzarət tədbirlərinin nəticəsi kimi 443 nəfər barədə nizam-intizam tədbirləri müəyyən olunub.

Deputatların müzakirəsindən sonra Hesablama Palatasının 2016-cı ildəki fəaliyyəti haqqında hesabat səsə qoyularaq təsdiqlənib.

Son xəbərlər

Orphus sistemi