Hesablama Palatası: Ötənilki iqtisadi geriləmə 25 illik rekordu yeniləyib

Hesablama Palatası: Ötənilki iqtisadi geriləmə 25 illik rekordu yeniləyib Bu barədə qurumun “2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata verdiyi rəydə bildirilir
Maliyyə
100
25 May , 2021 09:08
Hesablama Palatası: Ötənilki iqtisadi geriləmə 25 illik rekordu yeniləyib

Ötən il Azərbaycanda qeydə alınmış 4,3%-lik iqtisadi geriləmə 25 ildə Azərbaycan iqtisadiyyatında ən böyük azalması olub.

“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının “2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata verdiyi Rəydə bildirilir.

“ÜDM-in real ifadədə azalması yalnız 2016-cı və 2020-ci illərdə müşahidə olunsa da, ötən ildə qeydə alınmış rəqəm 2016-cı il səviyyəsini üstələyib.

2020-ci ildə qlobal miqyasda kəskin dəyişən tələb və təklif komponentləri Azərbaycanın iqtisadi mənzərəsini müəyyənləşdirən əsas amil olub, bütün dünya iqtisadiyyatında qeydə alınan azalma tendensiyası yerli iqtisadiyyatdan da yan keçməyib. Hesabat ilinin mart ayından başlayaraq, ölkə daxilində tətbiq edilən uzunmüddətli özünütəcrid rejimləri ölkə iqtisadiyyatında da azalma ilə nəticələnib”, - rəydə qeyd olunub.

Son xəbərlər

Orphus sistemi