2021-ci ildə Azərbaycanda büdcə-vergi siyasətində əks etdirilmiş fiskal hədəflər çərçivəsində nəzərdə tutulmuş tədbirlər üzrə müəyyən irəliləyiş əldə olunub.
“Report” xəbər verir ki, bu, “2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və “2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”a Hesablama Palatasının rəyində öz əksini tapıb.
Sənədə əsasən, ötən ilin “Büdcə zərfi” nə də daxil edilmiş büdcə-vergi siyasəti konkret tədbirlər kimi deyil, gəlir və xərclər üzrə ümumi istiqamətlər əks etdirilməklə qeyd edilib. Eyni zamanda, dövlət büdcəsinin icrası barədə hesabatda da büdcə-vergi siyasətinin icrası ilə bağlı məlumatlara ayrıca yer verilməyib. Bununla bərabər, “Büdcə zərfi”nə daxil edilmiş məlumatların təhlili gəlirlər və xərclər üzrə müəyyənləşdirilmiş hədəflərə əsasən nail olunduğunu deməyə əsas verir.