Hesablama Palatası 125 ölkə arasında ən böyük göstəriciyə nail olub

Hesablama Palatası 125 ölkə arasında ən böyük göstəriciyə nail olub Büdcəyə nəzarət üzrə ali audit orqanlarının (AAO) subindeksi üzrə Azəbaycan Hesablama Palatasının fəaliyyəti 100 baldan 100 olmaqla, "adekvat" nəticə kimi çox yüksək qiymətləndirilib.
Maliyyə
29 May , 2024 18:57
Hesablama Palatası 125 ölkə arasında ən böyük göstəriciyə nail olub

Büdcəyə nəzarət üzrə ali audit orqanlarının (AAO) subindeksi üzrə Hesablama Palatasının fəaliyyəti 100 baldan 100 olmaqla, "adekvat" nəticə kimi çox yüksək qiymətləndirilib.

“Report”un Hesablama Palatasına istinadən verdiyi məlumata görə, bu barədə "Beynəlxalq Büdcə Əməkdaşlığı" (International Budget Partnership (IBP) təşkilatı tərəfindən hazırlanan "Açıq Büdcə İndeksi" (ABİ) üzrə 2023-ci ili əhatə edən hesabatda deyilir.

Hesabata əsasən, büdcə proseslərinin şəffaflığı, büdcə məlumatlarının ictimaiyyət üçün əlçatanlığı qiymətləndirilib.

Əvvəlki hesabatla (2021-ci ili əhatə edən) müqayisədə Hesablama Palatası nəticəsini 11 bal yaxşılaşdırıb.

ABİ-nin hazırlanmasında ali audit orqanının fəaliyyətinə aid edilən audit hesabatı 7 sualla əhatə edilib və bu suallardan 4-ü üzrə Hesablama Palatası maksimum 100 ballıq nəticə alıb.

Hesablama Palatasının fəaliyyəti ilə bağlı qiymətləndirmənin nəticəsi 125 ölkə arasında bal baxımından ən böyük göstəricidir.

Hesablama Palatası ilə yanaşı, Böyük Britaniya və Cənubi Afrikanın AAO-ları da 100 bal toplayıblar.

Son xəbərlər

Orphus sistemi