Hani Salem Sonbol: "Azərbaycan Beynəlxalq Bankı ITFC üçün ideal biznes tərəfdaşı ola bilər"

Hani Salem Sonbol: "Azərbaycan Beynəlxalq Bankı ITFC üçün ideal biznes tərəfdaşı ola bilər" Ölkənin ən böyük və əhəmiyyətli bankı olan Azərbaycan Beynəlxalq Bankı (ABB) Azərbaycanda ITFC üçün ideal biznes tərəfdaşı ola bilər.
Maliyyə
18 Sentyabr , 2023 14:37
Hani Salem Sonbol: Azərbaycan Beynəlxalq Bankı ITFC üçün ideal biznes tərəfdaşı ola bilər

Ölkənin ən böyük və əhəmiyyətli bankı olan Azərbaycan Beynəlxalq Bankı (ABB) Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası (ITFC) üçün ideal biznes tərəfdaşı ola bilər.

Bu barədə “Report”a müsahibəsində ITFC-nin baş icraçı direktoru Hani Salem Sonbol deyib.

O bildirib ki, belə əməkdaşlıq şəriətə uyğun ticarət həllərinin tətbiqinə və islam maliyyəsi prinsiplərinə uyğun ticarət fəaliyyətinin asanlaşdırılmasına gətirib çıxarar.

Qeyd edək ki, dövlət müəssisələrində institusional islahatların, restrukturizasiya və sağlamlaşdırma tədbirlərinin davam etdirilməsi, dövlətin iştirak payının azaldılması vasitəsilə özəl investisiyaların cəlb edilməsi, Azərbaycan Respublikası vətəndaşlarının dövlət müəssisələrinin idarəedilməsində iştirakının genişləndirilməsi, korporativ idarəetmənin tətbiqinin şaxələndirilməsi və qiymətli kağızlar bazarının inkişaf etdirilməsi məqsədilə Prezident İlham Əliyev “Azərbaycan Respublikasının dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncamda Azərbaycan Beynəlxalq Bankı, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, “AzerGold”, rəqəmsal və neft sektorlarına daxil olan bəzi müəssisələrin özəl investisiya cəlb etməsi nəzərdə tutulur.

ABB özəl investisiyaların cəlb edilməsinin son illər Bankda gedən inkişaf proseslərini daha da sürətləndirəcəyini bildirib.

Bankın məlumatına əsasən, Azərbaycan dövlətinin ABB-nin əsas böyük səhmdarı kimi qalması, dövlətin iştirak payının kiçik həcmlərdə azaldılması vasitəsilə özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulur. Azərbaycan vətəndaşlarının dövlət müəssisələrinin idarə edilməsində iştirakının genişləndirilməsi, qiymətli kağızlar bazarının inkişafı və alternativ investisiya imkanlarının yaradılması məqsədilə Banka iri özəl investorların deyil, minoritar səhmdarların cəlb olunmasına üstünlük veriləcək.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Son xəbərlər

Orphus sistemi