“Goldman Sachs” Çində işçilərinin sayını 2 dəfə artıracaq

“Goldman Sachs” Çində işçilərinin sayını 2 dəfə artıracaq ABŞ-ın “Goldman Sachs” investisiya bankı maliyyə bazarını genişləndirməyi qarşısına məqsəd qoymuş Çində işçilərinin sayını 2 dəfə artıraraq 600-ə çatdırmağı planlaşdırır.
Maliyyə
13 Yanvar , 2020 15:58
“Goldman Sachs” Çində işçilərinin sayını 2 dəfə artıracaq

ABŞ-ın “Goldman Sachs” investisiya bankı maliyyə bazarını genişləndirməyi qarşısına məqsəd qoymuş Çində işçilərinin sayını 2 dəfə artıraraq 600-ə çatdırmağı planlaşdırır.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu, yaxın 5 il ərzində həyata keçiriləcək proqram əsasında baş tutacaq. 

Xatırladaq ki, Çin iqtisadi artımı təmin etmək və maliyyə sektorunda rəqabəti artırmaq üçün xarici investorların, xüsusi ilə bankların ölkəyə investisiya yatırmasında maraqlıdır. “Bloomberg” agentliyinin hesablamalarına görə, ötən il bu ölkədə fəaliyyyət göstərən xarici kommersiya və investisiya bankları 9 milyard ABŞ dolları məbləğində mənfəət əldə edib. 

Çin prezidenti Si Tszinpinin iqtisadi planları bu ilin sonuna qədər xarici banklara ölkədəki törəmə qurumlarına tam nəzarət eməyə imkan verəcək, ümumilikdə, 45 trilyon dollarlıq maliyyə sektorunu əhatə edəcək.

Qeyd edək ki, “Goldman Sachs” Çindəki törəmə bankındakı payını 33%-dən 51%-ə çatdırmaq üçün hökumətə müraciət edib. 

Son xəbərlər

Orphus sistemi