ABŞ-ın “Goldman Sachs” investisiya bankı daha bir işçisində koronavirusun aşkarlanmasından sonra Amerika, Avropa, Yaxın Şərq və Afrikadakı regionlarında işləyən əməkdaşlarına evdən işləməyi tapşırıb.
“Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu vəziyyət iş rejimi ilə bağlı növbəti əmrin imzalanmasına qədər davam edəcək.
“Goldman Sachs” hələ ki bu məsələyə rəsmi münasibət bildirməyib.