"Fitch Ratings" qlobal iqtisadiyyatla bağlı proqnozunu yeniləyib

"Fitch Ratings" qlobal iqtisadiyyatla bağlı proqnozunu yeniləyib “Koronavirus pandemiyasına qarşı peyvəndlərin tətbiqi və sosial məsafə məhduddiyyətlərin yumşaldılması ilə gələn ilin ortalarından etibarən qlobal iqtisadiyyatda özünü bərpa güclənəcək və daha sabit olacaq”.
Maliyyə
8 Dekabr , 2020 15:27
Fitch Ratings qlobal iqtisadiyyatla bağlı proqnozunu yeniləyib

“Koronavirus pandemiyasına qarşı peyvəndlərin tətbiqi və sosial məsafə məhdudiyyətlərin yumşaldılması ilə gələn ilin ortalarından etibarən qlobal iqtisadiyyatda özünü bərpa güclənəcək və daha sabit olacaq”.

“Report” xəbər verir ki, bu barədə beynəlxalq kredit reytinq agentliyi “Fitch Ratings”in “Qlobal İqtisadi Mənzərə” hesabatının dekabr buraxılışında bildirilib.

Agentlik qlobal iqtisadiyyatla bağlı proqnozunu sentyabr ayı ilə müqayisədə 0,7 faiz bəndi yaxşılaşdıraraq 4,4 %-dən 3,7 %-ə kiçilməyə endirib. Koronavirus pandemiyası ilə bağlı son məhdudiyyətlərin sərtləşdirilməsi ilə Avrozona və İngiltərədə bu ilin 4 rübündə ÜDM-in azalacağı gözlənsə də, qlobal aktivlik 3 rübdə gözlənildiyindən daha sürətli bərpa olunub.

“Virusun ikinci dalğası yeni məhdudiyyətlər yaratdığı üçün qlobal bərpa yolu gözləniləndən daha çətindir, ancaq peyvənd xəbərləri yaxın iki ildə iqtisadi görünüş üçün çox müsbətdir”, - "Fitch"in Baş İqtisadçısı Brayn Koulton deyib.

“Fitch” gələn il üçün iqtisadi artım proqnozunu 0,1 faiz bəndi artıraraq 5,2 %-dən 5,3 %-ə yüksəldib. Bundan başqa, qurum gələn il ABŞ, Çin və avrozonada ümumi daxili məhsulun (ÜDM) müvafiq olaraq 4,5 % (əvvəlki proqnoz 4 %), 8 % (7,7 %) və 4,7 % (5,5 %) böyüyəcəyi proqnozlaşdırır.

Qeyd edək ki, reytinq agentliyi immunizasiya proqramların genişlənməsi və sosial məhdudiyyətlərin azalması ilə 2022-ci ildə qlobal iqtisadi böyümə proqnozunu 3,6 %-dən 4 %-ə artırıb.

Son xəbərlər

Orphus sistemi