"Fitch Ratings" Azərbaycanda fəaliyyət göstərən içki şirkətinin reytinqini təsdiqləyib

Maliyyə
  • 27 avqust, 2022
  • 06:12
Fitch Ratings Azərbaycanda fəaliyyət göstərən içki şirkətinin reytinqini təsdiqləyib

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi “Coca-Cola İçecek” (CCI) şirkətinin milli reytinqini “AAA” səviyyəsində təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə "Fitch Ratings" məlumat yayıb.

Məlumata görə, reytinq üzrə proqnoz "Sabit"dir.

“Fitch” bildirib ki, “Coca-Cola İçecek”in reytinq güclü kredit profili, əsas bazarlarındakı lider mövqeyi, sərinləşdirici içki sektorunun stabil quruluşu və şirkətin güclü kapital strukturu ilə dəstəklənir.

“Fitch” həmçinin vurğulayıb ki, şirkətin uzunmüddətli xarici və yerli valyutada defolt reytinqinin (IDR) “BBB-” səviyyəsindədir ki, bu da, agentliyin Türkiyədə qiymətləndirdiyi şirkətlər arasındakı ən yüksək göstəricidir.

Qeyd edək ki, “Coca-Cola İçecek” Türkiyə, Pakistan, Qazaxıstan, İraq, Özbəkistan, Azərbaycan, Qırğızıstan, İordaniya, Tacikistan, Türkmənistan və Suriyada fəaliyyət göstərən çoxmillətli içki şirkətidir.

“Coca-Cola” sisteminin əsas şüşə istehsalçılarından biri kimi CCI “The Coca-Cola Company”nin qazlı və qazsız içkilərini istehsal edir, paylayır və satır.

CCİ-nin 11 ölkədə 30 zavodu, 10 minə yaxın işçisi var və 430 milyonluq istehlakçı bazasına geniş çeşiddə içkilər təklif edir. Qazlı içkilərlə yanaşı, məhsul portfelinə şirələr, sular, idman içkiləri, enerji içkiləri və buzlu çaylar daxildir.

CCİ-nin səhmləri İstanbul Fond Birjasında (BIST) "CCOLA.IS" simvolu ilə dövriyyədədir.

44 filmi