"Fitch" Azərbaycan Dövlət Neft Fondunun fəaliyyətini yüksək qiymətləndirib

"Fitch" Azərbaycan Dövlət Neft Fondunun fəaliyyətini yüksək qiymətləndirib Agentlik: Azərbaycanın dövlət borcu aşağı səviyyədədir
Maliyyə
25 Fevral , 2017 10:09
Fitch Azərbaycan Dövlət Neft Fondunun fəaliyyətini yüksək qiymətləndirib

Bakı. 25 fevral. REPORT.AZ/ "Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycanın 2017-ci il dövlət büdcəsində yaranacaq kəsirin Azərbaycan Dövlət Neft Fondunda (ARDNF) toplanan maliyyə vəsaitləri hesabına örtüləcəyini deyir. 

"Report" xəbər verir ki, Agentlik ARDNF-in fəaliyyətini yüksək qiymətləndirərək daha yuxarı reytinqə sahib olan neft ölkələri ilə müqayisədə Fondun daha yüksək şəffalıqla çalışdığını və etibarlı, likvid aktivlərə investisiya etdiyini bildirib: "Buna görə də, Azərbaycanın borcu tam nəzarət altındadır və 2016-cı ilin sonuna ÜDM-in 22,5%-ni təşkil edib. Bu da "BB" kateqoriyasında olan ölkələrin orta göstəricisi - 51,1%-dən xeyli aşağıdır". 

Bununla yanaşı, "Fitch" Azərbaycanın dövlət borcunun 88,2%-nin xarici valyutada olmasını müsbət amil saymasa da, bunun Fondun vəsaitlərinin tərkibinə uyğun olduğunu vurğulayır. Agentlik qeyd edir ki, 2015-2016-cı illərdə ARDNF-in aktivlərinin dollar ekvivalentində ucuzlaşmasına baxmayaraq, aktivlər ÜDM-in 92%-ni təşkil edib.

Son xəbərlər

Orphus sistemi