"Fitch" Azərbaycan dövlət büdcəsinin profisitinin kəskin artacağını proqnozlaşdırır
- 22 oktyabr, 2022
- 07:36
Azərbaycan dövlət büdcəsinin profisitinin enerji qiymətlərinin, eyni zamanda güclü qeyri-neft daxilolmaları və mülayim xərclərin (8 ayda 9,3 % artıb) təsiri ilə 2021-ci ildəki 4,2 %-dən, bu il ümumi daxili məhsulun (ÜDM) 10,6 %-nə yüksəlməsini gözləyirik.
Bu barədə "Report" "Fitch" beynəlxalq reytinq agentliyinə istinadən xəbər verir.
“Yeni neft qiymətləri və hələ də yüksək qaz qiymətləri gözləntiləri, eyni zamanda, işğaldan azad edilmiş ərazilərə ÜDM-in 2 %-i həcmində investisiya və inflyasiya ilə bağlı sosial xərclər səbəbi ilə dövlət büdcəsinin profisitinin 2023-cü ildə 1,5 faiz bəndi artıraraq ÜDM-nin 6,7 %-nə qədər yenidən nəzərdən keçirdik”, - agentlik bəyan edib.
"Fitch" 2024-cü ildə fiskal profisitin ÜDM-nin 2,3 %-nə qədər azalacağını proqnozlaşdırır.