"Fitch" agentliyi "Azərenerji" ASC-nin reytinqini açıqlayıb

"Fitch" agentliyi "Azərenerji" ASC-nin reytinqini açıqlayıb Krredit reytinqi üzrə proqnoz "neqativ" olaraq müəyyən edilib
Maliyyə
4 May , 2017 09:50
Fitch agentliyi Azərenerji ASC-nin reytinqini açıqlayıb

Bakı. 4 may. REPORT.AZ/ "Fitch" beynəlxalq reytinq agentliyi "Azərenerji" ASC-nin kredit reytinqini təsdiq edib. "Report" "Fitch" agentliyinin rəsmi veb-saytına istinadən xəbər verir ki, "Azərenerji" ASC-nin kredit reytinqi "BB+", proqnozu isə "neqativ" olaraq müəyyən edilib. 

"Fitch" açıqlamasında bildirib ki, "Azərenerji"nin kredit reyitinqi onun əsas səhmdarı olan Azərbaycan dövlətinin reytinqinə uyğunlaşdırılıb. Buna səbəb kimi şirkətlə dövlət arasında güclü hüquqi, əməliyyat və strateji əlaqələrin olması amili göstərilib.

Xatırladaq ki, "Fitch" beynəlxalq reytinq agentliyi "Azərenerji" ASC-nin kredit reytinqini 2016-cı il mart ayının 1-də "BBB-" səviyyəsindən "BB+"a endirib. 

Son xəbərlər

Orphus sistemi