“Ferrum Kapital”ın qiymətli kağızları delistinq edilib

Maliyyə
  • 25 yanvar, 2023
  • 07:04
“Ferrum Kapital”ın qiymətli kağızları delistinq edilib

"Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə “Ferrum Kapital” QSC-nin istiqrazları tədavül müddəti bitdiyinə görə delistinq edilib.

"Report" bu barədə BFB-yə istinadən xəbər verir.

Söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 5 min istiqrazdan (5 milyon manatlıq) gedir. Qiymətli kağızlar 1 il tədavüldə olub. Onların illik gəlirliyi 11,5 % təşkil edib.

Xatırladaq ki, “Ferrum Kapital” 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 min manatdır. Şirkətin səhmlərinin 68%-i Qafar Dəmirçiyə, 23%-i Məhəmməd Həbibzadəyə, 4,5%-i “AQA Şirkətlər Qrupu” QSC-yə, 4,5%-i isə “Vesta İnvestment” QSC-yə məxsusdur. 1-ci və 2-ci səhmdarlar müvafiq olaraq 3-cü və 4-cü səhmdarların təsisçiləridir.