“Facebook” 5,5 milyon dollar məbləğində cərimələnib
Maliyyə
- 25 avqust, 2021
- 13:16
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Cənubi Koreyanın şəxsi məlumatların qorunması üzrə komissiyası “Facebook” və “Netflix” şirktlərini toplam olaraq 6,7 milyard von (5,7 milyon ABŞ dolları) məbləğində cərimələyib.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, cərimənin əsas hissəsini “Facebook” ödəyəcək. Onun payına 6,46 milyard von (5,5 milyon ABŞ dolları) düşüb.
Tənzimləyici hesab edir ki, şirkətlər istifadəçilərin məlumatlarını toplayaraq ölkədən kənara ötürüblər, həmçinin istifadəçilərin icazəsi olmadan üçüncü şəxslərə təqdim ediblər. İndi şirkətlər müvafiq pozuntuları aradan qaldırmalıdırlar. Tənzimləyici “Google”dan da eynisini həyata keçirməyi tələb etsə də korporasiyaya cərimə təyin etməyib.
Son xəbərlər
04:50
"Rheinmetall" Ukraynada mərmi zavodunun inşasını ləğv edə bilər
Digər ölkələr
04:16
İran HDQ: ABŞ-nin blokadasını pozmaq üçün əməliyyatlar aparılır
Region
03:37
"OpenAI" "Apple" şirkətini ticarət sirlərinin oğurluğunda ittiham edərək, iddia qaldırıb
İKT
03:09
Suriyada terrorçular təhlükəsizlik qüvvələrinin patruluna hücum ediblər
Digər ölkələr
02:41
Peruda helikopter qəzası nəticəsində səkkiz hərbçi həlak olub
Digər ölkələr
02:12
SEPAH: Hörmüz boğazında iki gəmi minaya düşüb
Region
02:07
İngiltərə Premyer Liqası: "Çelsi" "Nottingem Forest"ə məğlub olub
Futbol
01:32
Nyu-York Senatında çoxluğun lideri evində ölü tapılıb
Digər ölkələr
01:21
Foto
Lənkəranda avtomobil qəzaya uğrayaraq yanıb, ölən və xəsarət alanlar var
Hadisə