Etibar Pirverdiyev: "Azərenerji"nin heç bir quruma borcu yoxdur"

Etibar Pirverdiyev: "Azərenerji"nin heç bir quruma borcu yoxdur" Manatın devalvasiyasından sonra isə şirkət xarici borclara Maliyyə Nazirliyi ilə birgə xidmət göstərir
Maliyyə
10 May , 2017 15:28
Etibar Pirverdiyev: Azərenerjinin heç bir quruma borcu yoxdur
Report.az

Bakı. 10 may. REPORT.AZ/ "Azərenerji" ASC-nin Vergilər Nazirliyi və digər qurumlara heç bir borcu yoxdur". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında" Azərenerji"nin sədri Etibar Pirverdiyev deyib.

E.Pirverdiyevin sözlərinə görə, təmsil etdiyi qurum xarici borcları Maliyyə Nazirliyi ilə birgə ödəyir: "Dövlət zəmanəti ilə götürülmüş kreditlərə xidmət olunması Maliyyə Nazirliyi ilə birgə həyata keçirilir. Bunlar bəlli borclardır və həmin vəsait hesabına stansiyalar tikilib. Keçən ilə qədər bu borclar üzrə xidmət "Azərenerji" tərəfindən 100% aparılıb. Manatın devalvasiyasından sonra isə bu borclara Maliyyə Nazirliyi ilə xidmət göstəririk".

"Azərenerji" başçısı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) borclarının olmadığını da deyib: "Bu gün SOCAR-a borcumuzu 100% ödəmişik. Heç bir borcumuz yoxdur".

E.Pirverdiyev deyib ki, "Azərişığ"ın da borcu yoxdur: "Əvvəllər digər qurumların "Azərenerji"yə borcuna görə SOCAR-a ödənişlər yubanırdı. İndi bunlar da 100% ödənişlərini aparır. Yəni, "Azərişıq" da bu gün ödənişləri 100% yerinə yetirir".

Son xəbərlər

Orphus sistemi