“Embafinans” BOKT-un xalis mənfəəti 78% artıb

“Embafinans” BOKT-un xalis mənfəəti 78% artıb “Embafinans” QSC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 3,3 milyon manat xalis mənfəətlə başa vurub.
Maliyyə
22 May , 2020 09:59
“Embafinans” BOKT-un xalis mənfəəti 78% artıb
Report

“Embafinans” QSC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 3,3 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 78% çoxdur.

Ötən il “Embafinans”ın vergiyəqədərki mənfəəti 4,2 milyon manat (əvvəlki ilə nisbətən 80,2% çox), mənfəət vergisi ödəmələri isə 0,9 milyon manat (88,8% çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Embafinans”ın aktivləri 42,1 milyon manat olub ki, bu da illik müqayisədə 42% çoxdur. Bunun 35 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə BOKT-un kredit portfeli 49,3% böyüyüb.

Hesabat dövründə “Embafinans”ın öhdəlikləri 69,1% artaraq 26,2 milyon manata, balans kapitalı isə 12,35% artaraq 15,9 milyon manata çatıb.

Xatırladaq ki, "Embafinans" 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 milyon manatdır. BOKT-un səhmlərinin 60%-i Elşad Abbasova, 40%-i isə Milli Məclisin üzvü Məşhur Məmmədova məxsusdur. 

Son xəbərlər

Orphus sistemi