Mərkəzi Bank: "Cari əməliyyat balansının qalığı ÜDM-in 10 %-nə çata bilər"

Maliyyə
  • 28 yanvar, 2022
  • 08:26
Mərkəzi Bank: Cari əməliyyat balansının qalığı ÜDM-in 10 %-nə çata bilər
Elman Rüstəmov

"Bu il Azərbaycanda cari əməliyyatlar balansının (CƏB) qalığı ümumi daxili məhsulun (ÜDM) 10 %-nə çata bilər".

"Report" xəbər verir ki, bunu keçirdiyi mətbuat konfrasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib.

Onun sözlərinə görə, bu, dünya bazarında neftinin 1 barelinin qiymətinin orta hesabla 70 ABŞ dolları (konsensus qiyməti) olması halında mümkündür.

"Əgər qiymət 50 ABŞ dolları olsa cari əməliyyatlar balansının qalığı ÜDM-in 4 %-i qədər olacaq.

"Profisitli tədiyə balansı ölkənin valyuta ehtiyatlarının artmasına şərait yaradır", - deyə E.Rüstəmov əlavə edib.

44 filmi