"2021-ci ilin yanvar ayında olduğu kimi, bu ay da Azərbaycan Mərkəzi Bankının (AMB) keçirdiyi valyuta hərraclarında satışlar artıb".
“Report” xəbər verir ki, bunu keçirdiyi mətbuat konfrasında AMB-nin sədri Elman Rüstəmov bildirib.
"Bu da ilin sonunda dövlət büdcəsi xərclərinin artması, dövriyyəyə daha çox milli valyuta buraxılması ilə bağlıdır ki, növbəti ayda xarici valyutaya tələbin artdığın müşahidə edirik", - deyə o, qeyd edib.
"İlin ortalarında - 7-8 ay biz valyuta bazarında profisit görürük. Təklif tələbdən çox olur və AMB hərraclarda tələbi tam ödəyir. Valytua satışlarında hər bir bank nağd və qeyri-nağd valyuta üzrə tələbatını göstərir, yəni daxili bazardakı satışa və idxala nə qədər vəsait sərf edəcəyini bildirir", - deyə o, əlavə edib.