Ekspert: "Listinq qaydalarının yenilənməsi səhm bazarını inkişaf etdirəcək"

Ekspert: "Listinq qaydalarının yenilənməsi səhm bazarını inkişaf etdirəcək" "Bakı Fond Birjası" QSC-nin (BFB) listinq qaydalarının yenilənməsi səhm bazarının inkişafına töhfə verəcək".
Maliyyə
22 Noyabr , 2021 09:48
Ekspert: Listinq qaydalarının yenilənməsi səhm bazarını inkişaf etdirəcək

"Bakı Fond Birjası" QSC-nin (BFB) listinq qaydalarının yenilənməsi səhm bazarının inkişafına töhfə verəcək".

Bunu "Report"a açıqlamasında qiymətli kağızlar bazarı üzrə ekspert Elçin Məmmədov deyib.

Xatırladaq ki, BFB-nin Müşahidə Şurasının qərarı və maliyyə bazarına nəzarət orqanı Azərbaycan Mərkəzi Bankının müsbət rəyi əsasında yenilənmiş “Birjada qiymətli kağızların listinqə daxil olunması, listinqdə saxlanılması, delistinqi və ticarətinin təşkili qaydaları" təsdiq olunub. Yenilənmiş qaydalarda, əsasən listinqlə bağlı sənəd dövriyyələri azaldılıb, yerli hüquqi şəxsin mülkiyyətində olan xarici qiymətli kağızların ticarətə buraxılması öz əksini tapıb, "Əsas bazar" seqmentinin adı "Premium bazar"a dəyişdirilib.

Elçin Məmmədov
Elçin Məmmədov

“Hər hansı bir emitent qiymətli kağızlar buraxmaq üçün dövlət qeydiyyatından keçir və daha sonra BFB-yə müraciət edir. İndiyə qədər 9 adda müxtəlif sənədlər tələb olunurdu. İndi onların sayı 4-ə endirilib. Artıq nizamnamə, hüquqi şəxsin dövlət qeydiyatına alınması barədə sənəd, emissiya prospekti, qiymətli kağızların dövlət qeydiyyatına alınması barədə şəhadətnamə və anderayter müqaviləsinin təqdim olunması tələb kimi irəli sürülmür. Bu, əslində texniki xarakterli dəyişiklikdir. Lakin xarici qiymətli kağızların BFB-də ticarətə buraxılması bazarın inkişafı baxımandan daha əhəmiyyətlidir. Əslində bu cür imkanın olması 2015-ci ildə təsdiq olunmuş “Depozitar qəbzlərinin buraxılışı, onların dövlət qeydiyyatına alınması və tədavülü Qaydası”nda öz əksini tapırdı. Sadəcə olaraq Birjanın qaydalarında bununla bağlı müddəalar yox idi. BFB bu qərarla faktiki olaraq “Microsoft”, “Apple”, “Facebook”, “Google” kimi qlobal şirkətlərin səhmlərinin öz platformasında ticarətinə yaşıl işıq yandırmış oldu. Belə ki, təkcə investisiya şirkəti deyil, istənilən hüquqi şəxs, yəni sponsor xarici bazarda 1-ci və ya 2-ci dərəcəli listinqdə olan qiymətli kağızları öz adına alaraq BFB-də ticarətə buraxa biləcək. Onların alqı-satqısını hətta milli valyutada belə etmək mümkün olacaq. Bazarın hazırki konyuktursına nəzər salsaq məhdud sayda emitentlərin səhmlərinin olmasını görərik. Son yenilik BFB-də ticarət olunan səhmlərin sayının artmasına mühüm töhfə verəcək", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi