Ekspert: Bank sektorunun aktivlərinin kəskin azalması ABB ilə bağlıdır

Ekspert: Bank sektorunun aktivlərinin kəskin azalması ABB ilə bağlıdır Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycan bank sektorunun məcmu aktivlərinin bu ilin sentyabr ayında 3,328 mlrd. manat və yaxud 11,3% azalmasının səbəbi məlum olub.
Maliyyə
3 Noyabr , 2017 16:50
Ekspert: Bank sektorunun aktivlərinin kəskin azalması ABB ilə bağlıdır

Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycan bank sektorunun məcmu aktivlərinin bu ilin sentyabr ayında 3,328 mlrd. manat və yaxud 11,3% azalmasının səbəbi məlum olub.

“Report”un əldə etdiyi məlumata görə, buna səbəb “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB), təxminən, 3 mlrd. manatlıq xarici və daxili öhdəliklərinin onun üzərindən götürülməsi, həmin öhdəliklərin Maliyyə Nazirliyinə və “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına (BOKT) ötürülməsi amili ilə bağlıdır.

“Bu amil nəzərə alınmazsa, əslində bank sektorunda artım baş verib”, - deyə maliyyə bazarındakı mənbə “Report”a bildirib.

Son xəbərlər

Orphus sistemi