ECB-nin iclası avronun məzənnəsinə təsir edəcək

ECB-nin iclası avronun məzənnəsinə təsir edəcək 2018-ci ilin ortasınadək avronun məzənnəsi 1,15-1,21 dollar diapazonunda qalacaq
Maliyyə
878
21 Oktyabr , 2017 11:18
ECB-nin iclası avronun məzənnəsinə təsir edəcək

Bakı. 21 oktyabr. REPORT.AZ/ Oktyabrın 26-da Avropa Mərkəzi Bankı (ECB) növbəti monetar siyasətlə bağlı iclasını keçirəcək. "Report" xəbər verir ki, iclasda avronun məzənnəsinə ciddi təsir göstərə biləcək qərarlar verilə bilər.

Gələn həftə keçiriləcək iclasda ECB-nin monetar ekspansiyanın həcmini 60 mlrd. avrodan (70,6 mlrd. dollar) 30 mlrd. avroya (35,3 mlrd. dollar) qədər azaltması gözlənilir. Lakin, bununla yanaşı, ECB stimullaşdırma proqramını 2018-ci ilin sonuna qədər uzada bilər. Analitiklər ECB-nin dövlət istiqrazlarının alış həcmini azaltmasına səbəb kimi təkcə avrozonada iqtisadiyyatın yaxşılaşmasında görmürlər. Həcmin azalmasına səbəb kimi həmçinin avrozona maliyyə bazarında I sinif dövlət istiqrazlarının qıtlığı göstərilir. Belə ki, ECB-nin mandatına görə o, ancaq "A" kateqoriyalı aktivlər ala bilər.

"Report"un analitik qrupu bildirir ki, stimullaşdırma proqramının həcminin azaldılması və konkret olaraq hansı tarixdə bitəcəyinin məlum olması avronun məzənnəsini dəstəkləyəcək, lakin proqramın 2018-ci ildə də davam etməsi avronun möhkəmlənməsinə əngəl olacaq. Bu səbəbdən, əsas valyuta cütlüyü olan USD/EUR-un 2018-ci ilin ortalarına qədər 1,15-1,21 diapazonunda dalğalanacağı ehtimal edilir.

Son xəbərlər

Orphus sistemi