EBRD son 1 ildə Şərqi Avropa və Qafqaz regionuna 1,6 mlrd. dollar ayırıb

EBRD son 1 ildə Şərqi Avropa və Qafqaz regionuna 1,6 mlrd. dollar ayırıb Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) son bir ildə Şərqi Avropa və Qafqazda 100-dən çox layihəni maliyyələşdirib.
Maliyyə
25 Aprel , 2019 17:41
EBRD son 1 ildə Şərqi Avropa və Qafqaz regionuna 1,6 mlrd. dollar ayırıb
0 : 00
0 : 00

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) son bir ildə Şərqi Avropa və Qafqazda 100-dən çox layihəni maliyyələşdirib. 

“Report”un Banka istinadən verdiyi xəbərə görə, EBRD, ümumilikdə, bu layihələrə 1,6 mlrd. ABŞ dolları investisiya qoyub.

Bank bu investisiyaların “Dayanıqlı İnkişaf Məqsədləri 2030” proqramına uyğun olaraq ayrıldığını və regiona dəstəyin bundan sonra da davam edəcəyini açıqlayıb.

Son 1 ildə EBRD-dən investisiya cəlb edən ölkələr sırasında Belarus, Ukrayna, Gürcüstan, Ermənistan və Moldova olsa da, Azərbaycan bu siyahıda yer almayıb.

Xatırladaq ki, 1992-ci ildən bəri EBRD Azərbaycanda olan 167 layihəyə, ümumilikdə, 3,222 mlrd. dollar investisiya yatırıb. Hazırda Bankın Azərbaycanda 1,409 mlrd. dollar dəyərində olan 44 aktiv layihə portfeli var.

Son xəbərlər

Orphus sistemi