Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır.
"Report" xəbər verir ki, bunu EBRD-nin direktor müavini Lin O'Qreydi Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində deyib.
“Azərbaycanla əməkdaşlığının genişləndirilməsini EBRD çoxdan etmək istəyirdi”, - o bildirib.
Onun sözlərinə görə, EBRD "Green Buildings" proqramı çərçivəsində şəhərləri investisiyalarla təmin edir.
“Azərbaycanda hökumətlə, indi isə şəhərlərdə işləmək təcrübəm son dərəcə müsbət olub”, - Lin O'Qreydi vurğulayıb.
O qeyd edib ki, əməkdaşlıq Gəncə şəhərinə aiddir, EBRD Azərbaycan hökuməti ilə əməkdaşlığı ölkənin digər şəhərlərində də davam etdirmək istəyir: “Biz hökumətlə, bu halda İqtisadiyyat Nazirliyi ilə və şəhərlə çox səmərəli işləyirik. Bu qarşılıqlı əlaqəni genişləndirəcəyimizə ümid edirik”.
Lin O'Qreydi bildirib ki, EBRD çevik yanaşmanı qoruyub saxlamağa çalışır: “Şəhərlər büdcə səviyyələrinə, ölçüsünə, potensialına və digər meyarlara görə fərqlənir, ona görə də hər bir şəhərə yanaşma dəyişməlidir”.