EBRD Azərbaycan üzrə investisiya portfelini yeniləyib

Maliyyə
  • 23 sentyabr, 2022
  • 13:56
EBRD Azərbaycan üzrə investisiya portfelini yeniləyib

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bu günə qədər Azərbaycanda 183 layihəyə ümumilikdə 3,768 milyard avro investisiya yatırıb.

“Report” bu barədə EBRD-yə istinadən xəbər verir.

Bu il avqustun 30-na Bankın açıqladığı göstəricilərə nisbətən Azərbaycanda EBRD tərəfindən maliyyələşdirdiyi layihələrin sayı 2, investisiya portfeli 113 milyon avro artırılıb.

EBRD-nin Azərbaycan üzrə investisiya portfelində özəl sektorun payı 13 %-dir.

Hazırda EBRD-nin Azərbaycan üzrə portfelində 31 aktiv layihə (1 vahid az) var. Bu layihələr üzrə portfel isə 884 milyon avro (40 milyon avro çox), əməliyyat aktivləri 799 milyon avro (19 milyon avro çox), kumulyativ ödənişləri isə 3,26 milyard avro (85 milyon avro çox) təşkil edib.

Dəqiqləşdirilmiş portfelə əsasən, bunun 90 %-i və ya 793 milyon avrosu (45 milyon avro çox) infrastruktur layihələrin, 7 %-i və ya 60 milyon avrosu (5 milyon avro az) sənaye, ticarət və aqrobiznesin, 3 %-i və ya 31 milyon avro (dəyişməyib) isə maliyyə institutlarının payına düşüb.

EBRD-nin Azərbaycana investisiya qoyuluşu ümumi portfelin 1 %-ni təşkil edib.

Azərbaycan 1992-ci ildən EBRD-inin üzvüdür.

44 - Tezliklə