EBRD Azərbaycan üzrə investisiya portfelini yeniləyib

Maliyyə
  • 01 noyabr, 2023
  • 12:52
EBRD Azərbaycan üzrə investisiya portfelini yeniləyib

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bu günə qədər Azərbaycanda 188 layihəyə ümumilikdə 3,61 milyard avro investisiya yatırıb.

“Report” bu barədə EBRD-yə istinadən xəbər verir.

Avqust ayında bankın açıqladığı göstəricilərə nisbətən, Azərbaycanda EBRD-nin maliyyələşdirdiyi layihələrin sayı dəyişməsə də, investisiya portfeli 126 milyon avro artıb.

EBRD-nin Azərbaycan üzrə investisiya portfelində özəl sektorun payı dəyişməyərək 12 % təşkil edib.

Hazırda bankın Azərbaycan üzrə portfelində 31 aktiv layihə (dəyişməyib) var. Bu layihələr üzrə portfel isə 814 milyon avro (27 milyon avro çox), əməliyyat aktivləri 734 milyon avro (49 milyon avro çox), kumulyativ ödənişləri isə 3,145 milyard avro (138 milyon avro çox) təşkil edib.

Dəqiqləşdirilmiş portfelə əsasən, bunun 88 %-i və yaxud 719 milyon avrosu (27 milyon avro çox) infrastruktur layihələrinin, 8 %-i və yaxud 67 milyon avrosu (dəyişməyib) sənaye, ticarət və aqrobiznesin, 4 %-i və yaxud 29 milyon avrosu (1 milyon avro çox) isə maliyyə institutlarının payına düşüb.

EBRD-nin Azərbaycana investisiya qoyuluşu ümumi portfelin 1 %-ni təşkil edib.

Azərbaycan 1992-ci ildən EBRD-nin üzvüdür.

44 filmi