Dünyanın zəngin sahibkarlarının var-dövləti azalıb

Dünyanın zəngin sahibkarlarının var-dövləti azalıb Avqustun 14-də dünyanın 10 ən zəngin sahibkarı 18 milyard dollaradək zərər görüb.
Maliyyə
16 Avqust , 2019 09:49
Dünyanın zəngin sahibkarlarının var-dövləti azalıb

Avqustun 14-də dünyanın 10 ən zəngin sahibkarı 18 milyard dollaradək zərər görüb.

“Report” “Forbes”a istinadən xəbər verir ki, bunun səbəbi ABŞ birjalarında fond indekslərinin ucuzlaşması olub. Belə ki, 10 illik xəzinə istiqrazları 2 illik istiqrazlardan daha az gəlir gətirib ki, bu da qarşıdan böyük böhranın gəldiyinə mötəbər dəlil hesab olunur.

“Forbes” reytinqinə başçılıq edən “Amazon” alış-veriş portalının təsisçisi və sahibi Ceff Bezos 3,5 milyard dollar itirərək ən böyük ziyana uğrayıb. “Facebook” sahibi Mark Zukerberqin varidatı 3,2 milyard dollar, LBMH dəbdəbəli mallar şirkətinin rəhbəri Bernar Arnonunkın isə 3 milyard dollar azalıb.

Son xəbərlər

Orphus sistemi