Dünyada nağd puldan imtina sürətlənir

Dünyada nağd puldan imtina sürətlənir İsveç Mərkəzi Bankı elektron kronu rəsmiləşdirməyi düşünür
Maliyyə
19 Fevral , 2018 17:24
Dünyada nağd puldan imtina sürətlənir

Bakı. 19 fevral. REPORT.AZ/ Dünyada, xüsusilə də Avropa ölkələrində nağd puldan istifadə getdikcə azalır.

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, İsveç nağd pulun istifadəsi, demək olar ki, ortadan qalxan ilk ölkə ünvanını qazanmaq üzrədir.

İsveçdə nağd pulla ödəniş, demək olar ki, qəbul edilmir. Ödənişlər ya plastik kartla, ya da mobil telefonla həyata keçirilir. Lakin bu durum İsveç hökumətini narahat etməyə başlayıb. Yay aylarında İsveç Mərkəzi Bankı nağd pulların yox olması və bunun iqtisadiyyata təsiri ilə bağlı məruzə hazırlayacaq. Mərkəzi Bankın rəsmisi bildirib ki, bu qədər yüksək sürətlə nağd puldan imtina, pul infrastrukturunun qorunması baxımından problem yarada bilər.

Qeyd edək ki, ötən il İsveçdə dövriyyədə olan nağd pulun həcmi 40%-ə geriləyib. "Insight Intelligence" araşdırma saytının illik sorğusuna əsasən, isveçlilərin 36%-i, demək olar ki, nağd puldan istifadə etmir. Əhalinin 25%-i isə həftədə bir dəfə nağd pula müraciət edir. Bu məqsədlə Mərkəzi Bank rəsmi olaraq elektron kron tətbiqi barədə düşünür. 

Son xəbərlər

Orphus sistemi