​Dünya bazarında avro və qızıl bahalaşıb

​Dünya bazarında avro və qızıl bahalaşıb COMEX-də qızılın bir unsiyasının qiyməti 0,08% bahalaşaraq 1 218,00 dollar olub
Maliyyə
29 Mart , 2016 08:25
​Dünya bazarında avro və qızıl bahalaşıb

Bakı. 29 mart. REPORT.AZ/ Martın 28-də Amerika fond bazarında "Dow Jones" indeksi 0,11% bahalaşaraq 17 535,39 bənd, "S&P 500" 0,05% artaraq 2 037,05 bənd, "Nasdaq" isə 0,14% geriləyərək 4 766,79 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa ölkələrində Pasxa bayramı qeyd edildiyi üçün fond bazarları işləməyib. Bu səbəbdən də Avropa fond indeksləri olduğu kimi qalıb.

Qeyd edək ki, Avropa fond bazarlarında indekslər sonuncu dəfə martın 24-də dəyişib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,08% bahalaşaraq 1 218,00 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1189 (+0,27%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi