Dünya Bankının (DB)
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə DB məlumat yayıb.
S.Molineus yeni vəzifədə üç ölkədə - Azərbaycan, Gürcüstan və Ermənistanda DB-nin proqramlarına nəzarət, bu ölkələrdəki bankın ölkə tərəfdaşlığı strategiyasının tərəfdaşlar və vətəndaş cəmiyyəti ilə birgə inkişafı və yerinə yetirilməsinə rəhbərlik edəcək.
Regional direktor DB-nin Cənubi Qafqaz üzrə regional ofisinin yerləşdiyi Tbilisi şəhərində fəaliyyət göstərəcək.
Milliyətcə alman olan S.Molineus Dünya Bankı qrupuna 2002-ci ildə qoşulub. O, Beynəlxalq Maliyyə Korporasiyası və DB-də müxtəlif vəzifələrdə çalışıb.
Qeyd edək ki, DB-nin Cənubi Qafqaz üzrə keçmiş regional direktoru Mersi Tembon olub. O, 2015-ci ilin sentyabrından 2019-cu ilin iyun ayına qədər bu vəzifəni tutub.