Dünya Bankı (DB) Çinin bu il üçün iqtisadi artım üzrə proqnozunu 5,4%-dən 5%-ə endirib.
“Report” xəbər verir ki, bu barədə bankın “Dünya iqtisadiyyatının perspektivləri” adlı hesabatında deyilir.
Hesabata görə, payına regional istehsalın 86%-i düşən Çinin iqtisadiyyatı baza ssenarisi üzrə 5%, pessimist ssenariyə görə isə 4% artacaq.
Analitiklərin fikrincə, Ukrayna ətrafında cərəyan edən hadisələr inkişaf etməkdə olan Şərqi Asiya və Sakit okean ölkələrinin iqtisadiyyatlarının bərpasına mənfi təsir göstərir.
Bundan başqa, proqnozlara görə, regionun digər ölkələrində istehsal həcmi baza ssenarisi üzrə 4,8%, pessimist ssenariyə görə isə 4,2% artacaq. Ən pis halda 2022-ci ildə daha 6 milyon nəfər yoxsulluq həddi səviyyəsində qalacaq.