Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozlarını açıqlayıb

Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozlarını açıqlayıb Bu il Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalı 3,1 %, gələn il isə 2,7 % artacaq.
Maliyyə
12 Yanvar , 2022 09:28
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozlarını açıqlayıb

Bu il Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalı 3,1 %, gələn il isə 2,7 % artacaq.

“Report” xəbər verir ki, bu barədə Dünya Bankının (WB) açıqladığı "2022-ci ilə dair Qlobal İqtisadi Perspektivlər" hesabatında bildirilib.

Cənubi Qafqazda artımın 2022-ci ildə 3,9 %-ədək, 2023-cü ildə isə 3,6 %-ədək mülayim olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, WB-nin “2021-ci ilə dair Qlobal İqtisadi Perspektivlər” hesabtının iyun sayında Azərbaycan iqtisadiyyatının bu il 3,9 %, gələn il isə 3,4 % artacağını proqnozlaşdırmışdı. Bu isə, yeni proqnozlar ilə müqayisədə müvafiq olaraq 0,8 % və 0,7 % azdır.

“Azərbaycanda artımın proqnozlaşdırılan üfüqdə yavaşlaması gözlənilir, ancaq qeyri-enerji sektorlarında genişlənmə, artan dövlət investisiyaları və OPEC+ kvotası və yüksək təbii qaz istehsalına uyğun olaraq sabit enerji sektorunun artımı ilə dəstəklənən 2010-2019-cu illərin orta tempindən yuxarı qalması proqnozlaşdırılır”, - hesabatda bildirilir.

Son xəbərlər

Orphus sistemi