Dünya Bankı Azərbaycanı kredit əlçatanlığı üzrə lider hesab edir

Dünya Bankı Azərbaycanı kredit əlçatanlığı üzrə lider hesab edir Azərbaycan Dünya Bankının Doing Business hesabatında kredit alınması indikatoruna görə ölkəmiz ən yüksək nəticə əldə edərək 190 ölkə arasında ötən ilki 22-ci mövqedən 1-ci yerə yüksəlib.
Maliyyə
25 Oktyabr , 2019 14:56
Dünya Bankı Azərbaycanı kredit əlçatanlığı üzrə lider hesab edir

Azərbaycan Dünya Bankının "Doing Business" hesabatında kredit alınması indikatoruna görə ölkəmiz ən yüksək nəticə əldə edərək 190 ölkə arasında ötən ilki 22-ci mövqedən 1-ci yerə yüksəlib. 

"Report" xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqlamasında bildirilir. 

Məlumatda deyilir ki, Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin və özəl kredit bürosunun yaradılması, həmçinin “Daşınar əmlakın yüklülüyü haqqında” qanuna və Mülki Məcəlləyə müvafiq dəyişikliklərin, sadələşdirmələrin edilməsi bu nəticəni şərtləndirən amillərdəndir.

Biznesə başlamaq göstəricisi üzrə ölkəmiz keçən ilki mövqeyini təkrarlayaraq 9-cu yerdə qərarlaşıb, müqavilələrin icrası indikatoru üzrə isə 40-cı yerdən 28-ci yerədək irəliləyib.

Xatırladaq ki, ölkəmiz tikinti icazələrinin alınması üzrə 59-cu, vergilərin ödənilməsi üzrə 40-cı, əmlakın qeydiyyatı üzrə 44-cü, müflisləşmənin həlli indikatoru üzrə 47-ci, elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə 80-ci, sərhəddə ticarət üzrə 83-cü yerdə qərarlaşıb. 

Son xəbərlər

Orphus sistemi