Dünya Bankı Azərbaycanda 10-15 % arasında olan gömrük rüsumlarını növbəti azalma hədəfi hesab edir

Maliyyə
  • 25 oktyabr, 2022
  • 11:46
Dünya Bankı Azərbaycanda 10-15 % arasında olan gömrük rüsumlarını növbəti azalma hədəfi hesab edir

Azərbaycanın sadə orta “ən əlverişli rejim” idxal gömrük tarifi 8,7 % təşkil edib ki, bu da yalnız Türkiyənin orta tarifi olan 11,1 %-dən aşağıdır.

Bu barədə “Report” Dünya Bankının hesabatına əsasən xəbər verir.

“Bununla belə, Türkiyə Azərbaycandan daha çox ölkə ilə, o cümlədən Aİ ilə gömrük ittifaqı daxil olmaqla, güzəştli ticarət sazişi bağlayıb. Bu isə Türkiyənin idxala tətbiq etdiyi orta effektiv tarifin Azərbaycanın tətbiq etdiyindən daha az olması deməkdir.

Gürcüstan tarif mövqelərinin 87,7 %-i rüsumsuz (Azərbaycanda bu göstərici cəmi 33 %), orta tarifi 1,4 %, tarif mövqeynini kiçik hissəsi qeyri-advolar rüsumlardan (0,5 %) və 15 %-dən yüksək rüsumlardan (0,1 %) ibarət olmaqla müqayisə obyekti kimi seçilmiş ölkələr arasında ticarəti ən çox liberallaşdıran ölkədir”, - hesabatda deyilir.

Qazaxıstanda orta tarif 6,1 %, Malayziyada – 5,7 %, Rusiyada - 6,6 %, Ukraynada – 4,5 % təşkil edir.

Dünya Bankı hesab edir ki, ümumiyyətlə, ölkədaxili qiymətlər aşağı düşəcəyindən, xüsusilə kənd təsərrüfatı məhsullarında tariflərin aşağı salınmasından istehlakçılar faydalanacaq:

“Aralıq məhsulların tariflərinin aşağı salınması həm də onların maya dəyərini aşağı salacaq və onlardan istifadə edən istehsalçılara fayda verəcək, istehsalın genişlənməsini də asanlaşdıracaq. Məsələn, Hindistanda 1990-cı illərdə istehsal artımının dörddə biri tariflərin liberallaşdırılmasından əvvəl istehsal olunmayan məhsullara aiddir. Bu yeni mallar iqtisadiyyatda daha ucuz və yeni idxal olunan aralıq məhsulların birbaşa nəticəsi idi”.

Hesabata görə, 15 %-dən yuxarı tariflərin rasionallığını araşdırmaq və xüsusən də ən yüksək tariflərə malik məhsullar üçün tarif endirimlərinin təsirini təhlil etmək yaxşı başlanğıc ola bilər: “Tariflərin Azərbaycana idxal olunan malların əksəriyyətinə 10-15 % arasında gömrük rüsumu tədbiq olduğundan, bunlar növbəti azalma üçün hədəflərdir”.

Ölkəyə idxal olunan kənd təsərrüfatı məhsullarının (71,8 % tarif mövqelərinin) və qeyri-kənd təsərrüfatı məhsullarının (42,2 %) əksər hissəsinə 10-15 % arasında gömrük rüsumu tədbiq olunur.

44 filmi