Dünya Bankı Azərbaycana ortamüddətli xərclərə dair mütəxəssislər göndərəcək

Dünya Bankı Azərbaycana ortamüddətli xərclərə dair mütəxəssislər göndərəcək Azərbaycanda orta müddətli xərclər büdcə sahəsində Milli Məclisin nəzarəti ilə bağlı seminarların keçirilməsi, bununla əlaqədar mütəxəssisin dəvət edilməsi nəzərdə tutulur.
Maliyyə
27 Yanvar , 2023 16:21
Dünya Bankı Azərbaycana ortamüddətli xərclərə dair mütəxəssislər göndərəcək

Azərbaycanda orta müddətli xərclər büdcə sahəsində Milli Məclisin nəzarəti ilə bağlı seminarların keçirilməsi, bununla əlaqədar mütəxəssisin dəvət edilməsi nəzərdə tutulur.

“Report” xəbər verir ki, bunu parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən görüşdə Dünya Bankının İdarəetmə üzrə Baş Mütəxəssis və Tapşırıq qrupunun rəhbəri Andzs Ubelis bildirib.

O həmçinin deyib ki, orta müddətli xərclərə əsaslanan büdcənin formalaşdırılması sahəsində təlimlərin aparılması, bu sahəni tənzimləyən qanunvericiliyin araşdırılması və müvafiq tövsiyələrin verilməsi nəzərdə tutulub: “Qrup öz fəaliyyətini bir neçə istiqamətdə həyata keçirməyi planlaşdırır”.

Milli Məclisin deputatı Vüqar Bayramov isə bildirib ki, Milli Məclis və təmsil etdiyi komitə həm qanunvericiliyin təkmilləşdirilməsi, həm də büdcə siyasəti sahəsində şəffaflığın təmin edilməsi və yeni alətlərdən istifadə olunması istiqamətində intensiv fəaliyyət həyata keçirir. O, dövlət xərcləmələrinin səmərəli şəkildə həyata keçirilməsinin, buna Milli Məclisin nəzarətinin gücləndirilməsinin, bununla bağlı proqramların monitorinqinin və mövcud qanunvericiliyin təkmilləşdirilməsinin vacibliyindən bəhs edib, deyib ki, bu istiqamətdə hökumət nümayəndələri və aidiyyəti beynəlxalq qurumlarla əməkdaşlıq davamlıdır.

Son xəbərlər

Orphus sistemi