Dövlət Məşğulluq Agentliyi auditor seçib

Maliyyə
  • 20 aprel, 2023
  • 09:55
Dövlət Məşğulluq Agentliyi auditor seçib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi 2022-ci il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "RSM Azerbaijan" MMC-dir.

Qalib şirkətə 53 100 manat ödəniləcək.