Bu ilin may ayında
DGK-dən "Report"a verilən məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji ayı ilə müqayisədə 11 680,5 min manat və ya 15,07% artaraq 89 138,3 min manat olub.
Həmçinin ƏDV üzrə daxilolmaların həcmi 26 785,3 min manat və ya 13,3% artaraq 228 733,8 min manat, aksizlər 4 638,1 min manat və ya 29,9% artaraq 20 141,1 min manat, yol vergisi üzrə daxilolmalar isə 479,8 min manata və ya 15,2% artaraq 3 625,3 min manat təşkil edib.