Prezident
Bu barədə "Report"un sorğusuna cavab olaraq Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev məlumat verib.
"Vəsait iyunun 24-də ayrılıb", - deyə o qeyd edib.
Bununla da dollar kreditləri üzrə kompensasiya ödənişinə ayrılmış vəsaitin məbləği 617,5 milyon manata çatıb.
Xatırladaq ki, bundan əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi siyahı əsasında aprelin 18-də 350,8 milyon manat, mayın 6-da 53,5 milyon manat, mayın 14-də 26,3 milyon manat, mayın 15-də 42,6 milyon manat, mayın 23-də 46,2 milyon manat, mayın 31-də isə 80,6 milyon manat vəsait fəaliyyətdə olan və ləğv prosesində olan bankların, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin Azərbaycan Mərkəzi Bankındakı müxbir hesablarına köçürülüb.