“Deutsche Bank” Rusiya iqtisadiyyatı üçün əsas riskləri açıqlayıb

“Deutsche Bank” Rusiya iqtisadiyyatı üçün əsas riskləri açıqlayıb Dünya bazarında neftin indiki qiyməti və artan borc yükü Rusiya iqtisadiyyatı üçün əsas risklər olaraq qalır.
Maliyyə
7 Dekabr , 2019 11:29
“Deutsche Bank” Rusiya iqtisadiyyatı üçün əsas riskləri açıqlayıb

Dünya bazarında neftin indiki qiyməti və artan borc yükü Rusiya iqtisadiyyatı üçün əsas risklər olaraq qalır. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Deutsche Bank”nın "İnkişaf etməkdə olan bazarların perspektivləri - 2020" icmalında bildirilir. 

Sənəddə həmçinin deyilir ki, bu il Rusiyada iqtisadi artım tempi 1,2%, gələn il isə 1,6% təşkil edəcək. “Deutsche Bank” hesab edir ki, Rusiya Bankının (Mərkəzi Bank) dekabrın 13-də keçiriləcək iclasında uçot dərəcəsi 6,5% -dən 6,25% -ə endiriləcək və bu yolla iqtisadiyyat dəstəklənəcək. 

Bundan başqa, Bankın proqnozuna əsasən, 2020-ci ilin I yarısında Rusiyada 1 ABŞ dolları 62,5 rubla bərabər olacaq. II yarımildə isə məzənnə 63,5 rubla qalxacaq.

Son xəbərlər

Orphus sistemi