Deputat: "Hesablama Palatası büdcədən daha çox maliyyələşən qurumlar üzrə yoxlamaları artırmalıdır"

Deputat: "Hesablama Palatası büdcədən daha çox maliyyələşən qurumlar üzrə yoxlamaları artırmalıdır" Bakı. 15 dekabr. REPORT.AZ/ Hesablama Palatası dövlət büdcəsindən yüz milyon manatla vəsait xərcləyən qurumların fəaliyyətini yoxlamaqdansa, cüzi maliyyəsi olan bələdiyyələrin fəaliyyətini yoxlayır. Hələ indiyə qədər Palatanın Müdafiə Nazirliyinin fəaliyyətini yoxlamasını müşahidə etməmişik.
Maliyyə
15 Dekabr , 2017 14:00
Deputat: Hesablama Palatası büdcədən daha çox maliyyələşən qurumlar üzrə yoxlamaları artırmalıdır

Bakı. 15 dekabr. REPORT.AZ/ "Hesablama Palatası dövlət büdcəsindən yüz milyon manatla vəsait xərcləyən qurumların fəaliyyətini yoxlamaqdansa, cüzi maliyyəsi olan bələdiyyələrin fəaliyyətini yoxlayır. Hələ indiyə qədər Palatanın Müdafiə Nazirliyinin fəaliyyətini yoxlamasını müşahidə etməmişik".

"Report"un verdiyi xəbərə görə, bunu millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisdə, "Hesablama Palatası haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Parlamentin spikeri Oktay Əsədov isə cavab olaraq deyib ki, Palata auditlə məşğuldur, iqtidar-müxalifət məsələləri ilə məşğul olmur: "Ölkədə 2 700 bələdiyyənin hamısının fəaliyyətini yoxlamır, bəzilərini yoxlayır. Bu, müsbət haldır. Qurum böyük təşkilatların da fəaliyyətini yoxlayır, prokurorluqla birgə işləyir". 

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov isə bildirib ki, rəhbərlik etdiyi qurum son 10 ildə bələdiyyələri yoxlamayıb. Bununla belə, onun sözlərinə görə, digər iclasda səslənən tövsiyyələr nəzərdən keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi