Deputat: "Azərbaycanda nazirliklərin sayı azaldılmalıdır"

Deputat: "Azərbaycanda nazirliklərin sayı azaldılmalıdır" Əli Məsimli: "Nazirliklərin sayının 15-ə kimi azaldılması islahatlara geniş imkanlar aça bilər"
Maliyyə
15 Mart , 2016 14:03
Deputat: Azərbaycanda nazirliklərin sayı azaldılmalıdır

Bakı. 15 mart. REPORT.AZ/ Azərbaycanda mövcud nazirliklərin sayının azaldılması təklif edilir.

"Report"un verdiyi xəbərə görə, bu təkliflə deputat Əli Məsimli parlamentin bugünkü plenar iclasında hökumətin 2015-ci il hesabatının müzakirəsi zamanı çıxış edib.

"Azərbaycanda nazirliklərin sayı çoxdur. Hazırda ölkədə 20 nazirlik var. Bu məsələ islahatlara ciddi maneçilik göstərən amillərdən olacaq. Nazirliklərin sayının 15-ə kimi azaldılması islahatların genişlənməsinə imkanlar aça bilər", - deyə millət vəkili qeyd edib.

Həmçinin, Ə.Məsimli çıxışı zamanı indiki zamanda regionların potensialından istifadənin vacibliyinə də diqqət çəkib.

Son xəbərlər

Orphus sistemi