"Dəmirbank"ın yarım illik zərəri 8,5 mln. manata yaxındır
- 11 avqust, 2017
- 07:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 11 avqust. REPORT.AZ/ “Dəmirbank”ASC-nin aktivləri illik müqayisədə 9,77% azalaraq bu il il iyulun 1-nə 485 517 min. manat təşkil edib.
“Report” xəbər verir ki, bu barədə bankın maliyyə hesabatında qeyd olunub.
Hesabata əsasən, son bir ildə bankın kredit portfeli 26,87% azalaraq 285,18 mln. manata düşüb. Kreditlərin 137,635 mln. manatı və yaxud 48%-i xarici valyutada verilib.
"Dəmirbank"ın depozit portfeli isə illik müqayisədə 20,91% azalaraq bu il iyulun 1-nə 148,888 mln. manat təşkil edib. Depozitlərin 101,822 mln. manat və yaxud 68%-i xarici valyutada yerləşdirilib. İl ərzində Azərbaycan Mərkəzi Bankının “Dəmirbank”a qarşı tələbi isə 54% azalaraq 17 mln. manat olub.
İyunun sonuna "Dəmirbank"ın nizamnamə kapitalı 21 mln. manat, məcmu kapitalı 42,004 mln. manat, cəmi kapitalı isə 37,598 mln. manat təşkil edib.
"Dəmirbank" bu ilin I yarısını 8,451 mln. manat xalis zərərlə başça vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 458 min mant mənfəətlə çıxıb.
Hesabat dövründə "Dəmirbank"ın gəlirləri 1 il əvvələ nisbətən 2% artaraq 50,663 mln. manat, xərcləri isə 15% azalaraq 27,16 mln. manat təşkil edib. 23,503 mln. manat xalis əməliyyat mənfəəti olan Bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına 31,796 mln. manat ayırıb.