​"Deka Bank"ın filialı yeni ünvana köçüb

​"Deka Bank"ın filialı yeni ünvana köçüb Filial müştərilərə bütün spektr üzrə bank xidmətləri göstərəcək
Maliyyə
1 Dekabr , 2014 16:23
​Deka Bankın filialı yeni ünvana köçüb

Bakı. 1 dekabr. REPORT.AZ/ Azərbaycanın "Deka Bank" ASC-nin "Lada" filialı yeni ünvanda fəaliyyət göstərəcək. Bu barədə "Report"a bankın mərkəzi ofisindən məlumat verilib.

Bakı şəhəri, H.Zərdabi,78 ünvanına köçürülən "Lada" filialı fiziki və hüquqi şəxslərə tələbli və müddətli depozitlərin, digər qaytarılan vəsaitlərin cəlb edilməsi, kreditlərin verilməsi, o cümlədən, istehlak və digər kreditləşmə növləri, fiziki və hüquqi şəxslərin hesablarının açılması və aparılması, hesablaşma-kassa xidmətləri, pul vəsaiti, qiymətli kağızlar və ödəniş vasitələrinin köçürülməsi üzrə xidmətlərin göstərilməsi, ödəniş vasitələrinin (o cümlədən kredit və debet kartları) buraxılması, öhdəliklərin icrasına təminatların, o cümlədən zəmanətlərin verilməsi və öz hesabına va ya müştərinin hesabına akkreditivlərin açılması, kreditlərə və kredit qabiliyyətinin yoxlanılmasına dair informasiyanın verilməsi və s. xidmətlər göstərəcək.

Həmçinin "Migom", "Western Union", "Contact", "Zolotoya Korona" və "Privat Money" sürətli pulköçürmə sistemləri üzrə köçürmələr aparmaq, kommunal xidmətləri (qaz, enerji, su) və mobil operatorlarla bağlı ödənişləri həyata keçirmək olar.

Son xəbərlər

Orphus sistemi