Çin dövlət televiziyası “Alibaba” şirkətinin rəhbərini korrupsiyada ittiham edib

Çin dövlət televiziyası “Alibaba” şirkətinin rəhbərini korrupsiyada ittiham edib Çinin dövlət televiziyası “Alibaba” şirkətinin rəhbəri Cek Manın korrupsiya qalmaqalı ilə əlaqəsini göstərən film nümayiş etdirib.
Maliyyə
218
22 Yanvar , 2022 16:06
Çin dövlət televiziyası “Alibaba” şirkətinin rəhbərini korrupsiyada ittiham edib
Cek Ma

Çinin dövlət televiziyası “Alibaba” şirkətinin rəhbəri Cek Manın korrupsiya qalmaqalı ilə əlaqəsini göstərən film nümayiş etdirib.

“Report” “Financial Times”a istinadən xəbər verir ki, söhbət onun “Ant Group” şirkətindən gedir.

Mərkəzi televiziya özəl şirkətləri ötən il həbs olunmuş Qunçjou şəhər rəhbərinin qardaşına həddən artıq çox pul vəsaiti verməkdə ittiham edib. Pulun guya şəhərdə daşınmaz əmlakın alınmasına yardım məqsədilə xərcləndiyi bildirilirdi.

Filmdə “Ant Group” konkret göstərilməsə də, şirkətin bir bölməsinin 2019-cu ildə Qunçjou şəhərində 2 torpaq sahəsi aldığı məlumdur.

Xatırladaq ki, ötən il Çinin antiinhisar orqanlarının qanunları pozduğuna görə “Alibaba” şirkətini 975 milyon ABŞ dolları məbləğində cərimələməyi planlaşdırdığı bildirilirdi.

Son xəbərlər

Orphus sistemi