Cənubi Koreya tarixinin rekord büdcəsi razılaşdırılıb
Maliyyə
- 24 avqust, 2021
- 09:15
Koreya Respublikası hökuməti və hakim “Toburo” Demokratik Partiyası 2022-ci il üçün ölkə tarixinin rekord büdcəsini - 605 trilyon von (518,7 milyard ABŞ dolları) razılaşdırıb.
“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə partiyanın siyasət üzrə komitəsinin rəhbəri Vak Pan Çju məlumat verib.
Onun sözlərinə görə, pandemiyanın fəsadlarından zərər çəkmiş kiçik biznes nümayəndələrinə əlavə təzminat ödəmək məqsədilə növbəti il üçün büdcəyə əlavə 1,8 trilyon von (1,54 milyard ABŞ dolları) daxil edilib. Bundan başqa, yoluxucu xəstəliklərin yayılması ilə mübarizə üçün infrastrukturun, o cümlədən vaksinlərin daşınması və saxlanması üçün logistika şəbəkəsinin yaradılması məqsədilə əlavə vəsait ayrılacaq.
Son xəbərlər
15:11
İspaniya klubu baş məşqçisini istefaya göndərib
Futbol14:56
Foto
Azərbaycanın 16 yaşadək şahmatçıları türkdilli dövlətlər arasında yarışın qalibi olublar
Fərdi14:55
Foto
Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumunda təmsil olunur
Mədəniyyət siyasəti14:49
Uitkoff və Kuşner Zelenski ilə danışıqlar aparmaq üçün Berlinə səfər ediblər
Digər ölkələr14:45
Azərbaycan karateçiləri dünya çempionatında 5 medal qazanıblar
Fərdi14:29
Berlin polisi iğtişaşlarla əlaqədar 18 nəfəri saxlayıb
Digər ölkələr14:20
Foto
Bakıda keçirilən veteran stolüstü tennisçilər arasında turnirin qalibləri müəyyənləşib
Fərdi13:59
Qəzzanın mərkəzində HƏMAS-ın yüksək rütbəli zabiti güllələnib
Digər ölkələr13:52
Video