"Asiya İnkişaf Bankı (ADB) üçün iqlim dəyişikliyi ilə mübarizə əsas prioritetdir".
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) Beyin Mərkəzlərinin 6-cı İnkişaf Forumunda CAREC İnstitutunun direktoru Şakil Şah bildirib.
"ADB 2019-cu ildən 2030-cu ilə qədər iqlim üzrə maliyyələşdirilmə ambisiyasını 100 milyard ABŞ dollarına çatdırmağı hədəfləyir", - deyə o, qeyd edib.
Bundan başqa, qonağın sözlərinə görə, ADB Mərkəzi və Qərbi Asiya regionunda CAREC və digər təşəbbüslər vasitəsilə üzv ölkələrə, o cümlədən Azərbaycana texniki və maliyyə, potensial, bilik mübadiləsi ilə dəstək olub: "Bu kimi dəstəklər regionlarda iqtisadi inkişafın ekoloji davamlılığını və karbonsuzlaşdırmanı təşviq etməyə kömək edir".
"Bu günki forum regional təcili məsələləri müzakirə etmək üçün çox gözəl, vacib platformadır", - deyə Ş.Şah əlavə edib.