Xaricilərin Azərbaycanda apardığı kart əməliyyatları 8 dəfə artıb

Maliyyə
  • 31 mart, 2022
  • 11:29
Xaricilərin Azərbaycanda apardığı kart əməliyyatları 8 dəfə artıb

2022-ci ilin fevral ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 186,5 milyon manat təşkil edib.

"Report" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın mart sayında bildirilir.

Hesabata görə, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 7,3 dəfə çoxdur.

Bildirilir ki, 2022-ci ilin yanvar-fevral aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 391,2 milyon manatlıq əməliyyat aparıblar ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 dəfə çoxdur.

Son xəbərlər

Bütün Xəbər Lenti