Bu il neft-qaz sektorundan daxilolmalar üzrə proqnoz 136,2% icra olunub

Bu il neft-qaz sektorundan daxilolmalar üzrə proqnoz 136,2% icra olunub Qeyri-neft-qaz sektoru üzrə birinci rübdə toplanan vergilərin məbləği tarixdə ən yüksək birinci rüb göstəricisidir
Maliyyə
28 Aprel , 2021 11:44
Bu il neft-qaz sektorundan daxilolmalar üzrə proqnoz 136,2% icra olunub

Neft hasilatının nisbətən aşağı düşməsinə baxmayaraq, dünya enerji bazarlarında qiymətlərin sabitləşməsi şəraitində neft-qaz sektoru üzrə vergi daxilolmaları artıb.

“Report”un məlumatına görə, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2021-ci ilin birinci rübündə vergi daxilolmaları, sosial, işsizlik və icbari tibbi sığorta haqlarının yığımı sahəsində əldə olunan nəticələr haqqında açıqladığı statistik rəqəmlərdə deyilir.

Məlumata görə, 2021-ci ilin birinci rübündə neft-qaz sektorundan daxilolmalar 574,9 mln manat təşkil edib, proqnozlara nisbətən 136,2 % icra olunub, büdcəyə nəzərdə tutulandan 152,7 mln manat artıq vəsait daxil olub.

Bildirilir ki, qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 % və ya 109,2 mln manat artaraq 1 mlrd 510,8 mln manat təşkil edib: “Qeyri-neft-qaz sektoru üzrə proqnoz 116,2 % icra olunub, proqnozdan əlavə 211,1 mln manat vergi toplanıb. Qeyri-neft-qaz sektoru üzrə birinci rübdə toplanan vergilərin məbləği tarixdə ən yüksək birinci rüb göstəricisidir”.

Həmçinin qeyd edilir ki, bu ilin birinci rübündə qeyri-neft-qaz sektorunun özəl bölməsindən 1,1 mlrd manat məbləğində vergi daxilolmaları təmin edilib, daxilolmalar 15,8 % artıb: “Özəl bölmənin qeyri-neft-qaz sektorundan ümumi daxilolmada payı 70,8 %-dən 76,1 %-ə yüksəlib. Qeyri-neft-qaz sektorundan vergi daxilolmalarında proqnozlara nisbətən daha çox yığım əsasən ƏDV, mənfəət və gəlir vergisi üzrə qeydə alınıb. ƏDV daxilolmalarında proqnoza nisbətən 28,1 %, mənfəət vergisi üzrə 25,7 %, gəlir vergisi üzrə 4,2 %, sadələşdirilmiş vergi üzrə 9,4 % daha çox vəsait daxil olub. Ötən ilin eyni dövrü ilə müqayisədə ƏDV üzrə artım 10,1 %, aksizlər üzrə 42,6 %, mənfəət vergisi üzrə 11,2 %, gəlir vergisi üzrə 3,6 %, mədən vergisi üzrə 29,3 %, torpaq vergisi üzrə 36,2 %, əmlak vergisi üzrə 3,6 % təşkil edib.

Son xəbərlər

Orphus sistemi