Bu həftə növbəti “CEO Lunch Baku” keçiriləcək

Bu həftə növbəti “CEO Lunch Baku” keçiriləcək Bakı. 12 mart. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışov martın 14-də rəsmi qonaq qismində “Caspian European Club”un təşkil etdiyi 12-ci “CEO Lunch Baku”da iştirak edəcək. 
Maliyyə
12 Mart , 2018 12:38
Bu həftə növbəti “CEO Lunch Baku” keçiriləcək

Bakı. 12 mart. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışov martın 14-də rəsmi qonaq qismində “Caspian European Club”un təşkil etdiyi 12-ci “CEO Lunch Baku”da iştirak edəcək. 

Bu barədə “Report”a “Caspian European Club” sədrinin I müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Onun sözlərinə görə, tədbir klubla palatanın əməkdaşlığın genişlənməsində maraqlı olan üzv şirkətlərin çoxsaylı müraciətləri əsasında baş tutacaq. 

Telman Əliyev vurğulayıb ki, "CEO Lunch Baku"da qeyri-rəsmi Klubun üzv şirkətlərinin özəl sektor ilə palata arasında əməkdaşlığın genişləndirilməsi məsələsi üzrə təşəbbüs və təklifləri müzakirə olunacaq. O həmçinin qeyd edib ki, “CEO Lunch Baku” üzvlərinə onları maraqlandıran suallara cavab almaq imkanı yaradılacaq.

“CEO Lunch Baku”da yalnız “Caspian European Club” saytında http://www.caspianenergy.org/index.php/2018-01-09-... linki vasitəsilə qeydiyyatdan keçən şirkətlər iştirak edə bilərlər.

Xatırladaq ki, “Caspian European Club” 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradılıb.

Son xəbərlər

Orphus sistemi