“British Airways” məsrəflərini ödəmək üçün incəsənət əsərlərini satışa çıxarır

“British Airways” məsrəflərini ödəmək üçün incəsənət əsərlərini satışa çıxarır “British Airways” şirkəti COVID-19 pandemiyası üzündən üzləşdiyi maliyyə böhranına çarə tapmaq üçün malik olduğu incəsənət əsərlərini qeyr-rəsmi olaraq satışa çıxarır.
Maliyyə
11 İyun , 2020 21:02
“British Airways” məsrəflərini ödəmək üçün incəsənət əsərlərini satışa çıxarır

“British Airways” şirkəti COVID-19 pandemiyası üzündən üzləşdiyi maliyyə böhranına çarə tapmaq üçün malik olduğu incəsənət əsərlərini qeyr-rəsmi olaraq satışa çıxarır.

“Report” “Evening Standard”a istinadən xəbər verir ki, şirkət malik olduğu incəsənət əsərlərini qiymətləndirmək üçün hətta "Sotheby’s" hərraclar mərkəzinin ekspertlərini dəvət edib.

Qeyd edilir ki, daha çox Böyük Britaniya rəssamları və heykəltaraşlarının əsərlərindən ibarət olan kolleksiyada Heatrou Beynəlxalq Hava Limanının VİP salonunda saxlanılan və ekspertlərin yeddi rəqəmli qiymət qoyduğu Bricit Raylinin bir boyakarlıq əsəri də var.

Maliyyə vəsaitləri tapmaq üçün incəsənət əsərlərini satmaq fikrinin şirkətin əməkdaşları tərəfindən irəli sürüldüyü bildirilir. Belə ki, hazırda şirkət bütövlükdə 12 min iş yerini ixtisar etmək məsələsini həmkarlar ittifaqları ilə müzakirə edir.

Son xəbərlər

Orphus sistemi