Bitkoin iki hissəyə bölünüb

Bitkoin iki hissəyə bölünüb Bölünmədən sonra şəbəkənin sürətinin artacağı gözlənilir
Maliyyə
2 Avqust , 2017 11:54
Bitkoin iki hissəyə bölünüb

Bakı. 2 avqust. REPORT.AZ/ Bitkoin virtual kriptovalyutası çinli maynerlər (kriptovalyuta hasilatçıları) qrupunun müdaxiləsindən sonra iki kriptovalyutaya bölünüb. 

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bundan sonra "Bitcoin Cash" və adi "Bitcoin" tədavülə davam edəcək. 

Bölünmənin səbəbi kimi çinli maynerlərin ilkin bitkoinin yeni iş protokollarından narazı olması göstərilir. Ekspertlər yeni protokolun tətbiqi nəticəsində kriptovalyuta şəbəkəsinin iş qabiliyyətinin və əməliyyat sürətinin artacağını ehtimal edirlər. 

Qeyd edək ki, bölünmədən sonra "Bitcoin Cash" 146,37 dollara, "Bitcoin" isə 2 729 dollara satılmağa başlayıb. 

Son xəbərlər

Orphus sistemi